“Azәrtunel” şirkəti yandı
"Azәrtunel" MMC tikinti şirkətinin Bakının Heydәr Әliyev prospektindәki ofisində baş vermiş yanğın söndürülüb.
Dövlət Yanğından Mühafizə Xidmətindən verilən xəbərə görə, ofisin ümumi sahəsi 200 kv.metrdir. Yanğın icraçı direktorun otağında baş verib. Nəticədə yanar konstruksiyalar 60 kv.m sahədə yanıb. Yanğın nəticəsində xəsarət alan olmayıb. /apa/
Digər xəbərlər