Sərkisyan ağır xəstəliyini gizlədir

Sərkisyan ağır xəstəliyini gizlədir

6 Fevral 2014 15:41
Bəyəndim (0) Bəyənmədim (0)

Serj Sərkisyanın ağır xəstə olması və xəstəliyini gizlətməsi məsələsi son günlərdə Ermənistan gündəmində ciddi müzakirələrə səbəb olub.

Qalmaqal prezident Serj Sərkisyanın Cənubi Koreyada lif hüceyrələri ilə müalicə alması barədə xəbər yayılmasından sonra başlayıb. Belə ki, Cənubi Koreyanın "Chosun.com" saytının yanvarın sonlarında yaydığı məlumata görə, Serj Sərkisyan bu ölkədə bir həftə vaxt keçirib və lif hüceyrələri ilə müalicə alıb.

Əslində ciddi-cəhdlə gizlədilən məlumat ortaya çıxıb və erməni mətbuatı da bu barədə yazmağa başlayıb. Bundan sonra, prezidentin mətbuat xidməti də məlumatı təsdiq etməyə məcbur olmuşdu.

Lakin Serj Sərkisyan məsələni bu yerdə qoymayıb və geri qayıdan kimi məsələnin Koreya mətbuatına çıxmasında günahkar saydığı səfir Armen Sərkisyanı cəzalandırıb. Hətta baş nazir Tiqran Sərkisyanın da qardaşı olması da ona yardım edə bilməyib. Serj Sərkisyan bununla kifayətlənməyib və Ermənistan milli təhlükəsizlik xidmətinin rəis müavini Romik Arutunyanı da işdən çıxarıb. Prezident bu addımlarına heç bir səbəb göstərməyib.