İrəvanda etiraz aksiyaları

İrəvanda etiraz aksiyaları

6 Fevral 2014 15:31
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənilər ölkənin pensiya sisteminə ediləcək icbari dəyişikliyə etiraz edirlər

Errmənistanın paytaxtı İrəvanda etiraz aksiyası başlayıb. ANS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistan Atom Elektrik stansiyasının əməkdaşları ölkədəki pensiya sisteminə ediləcək icbari yığımla bağlı dəyişikliyə etiraz edirlər.

Akisya "Mən əleyhinəyəm" vətəndaş hərəkatının təşəbbüsü ilə keçirilir. Etiraz aksiyası əvvəlcə Ermənistan Təhsil və Elm Nazirliyinin binası qarşısında başlayıb. Ancaq "Mən əleyhinəyəm" hərəkatının üzvləri Ermənistan Dövlət Gəlirləri Komitəsinin binası qarşısına keçməyə cəhd ediblər.
Bu zaman onların qarşısını kəsən polislə aksiya iştirakçıları arasında insident yaşanıb. Əlbəyaxa davada bir neçə aksiya iştirakçısı döyülüb. Aksiya iştirakçıları bundan sonra Komitənin binası qarşısına gələrək tələblərini bildiriblər. Aksiyada müxalifət nümayəndəsi Raffi Ovannesyanın da iştirak etdiyi bildirilir.