
Çinin işçi düşərgəsində inanılmaz olay
Çindəki iş düşərgələrində fəhlələrin ağır iş günündən sonra internetdəki "World of Warcraft" oyununu oynamaq məcburiyyətində qaldıqları ortaya çıxdı. Jixi iş düşərgəsində məhbusluq həyatı yaşayan Liu Dali gündüzləri qayaları parçaladığını, kömür mədənlərində quyular qazdığını, gecələri isə " World of Warcraft" oynamağa məcbur edildiyini söyləyib.
Zindan həyatı yaşayanlar gecədən səhərə kimi bu oyunu oynayaraq, bal qazanır. Həmin ballar türmə işçiləri tərəfindən pula çevrilir. Nəticədə də qazananlar sonuncular olurlar. 12 saatlıq iş gününün ardından fəhlələr 5-6 saat oyun oynayırlar. 300 nəfərin hər biri gündə 665-800 dollar arası pul qazanır. Amma bu pulların bir qəpiyini belə görmürlər. Kompüterlərsə heç vaxt söndürülmür. Rəhbərlərin əmrlərini yerinə yetirməyənlər isə ağır şəkildə cəzalarını çəkməli olurlar.
"World of Warcraft" 2008-dən bu yana Çində xeyli populyarlaşıb. Pul qazanmaq istəyənlər bu oyuna əvvəlcə pul qoyur, sonradan müəyyən səviyyə əldə edib, bal topladıqdan sonra o balları satmağa başlayır. Dünyanın ən böyük internet istifadəçisi rəqəminə sahib Çində bu bazarda 1.6 milyard dolların dövr etdiyi bildirilir. Ölkədə ən az 100 min nəfər bu oyunun qurbanına çevrilib.
Günel Həbib