Ev sahibi yanaraq ölüb

Ev sahibi yanaraq ölüb

6 Fevral 2014 14:26
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı sakini yanaraq ölüb. Apa-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv. m olan birmərtəbəli 1 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və 1 otaq 12 kv. m sahədə yanıb.

Ona bitişik digər vətəndaşa məxsus 100 kv. m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü 15 kv. m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibinin yataq xəstəsi olan anası, 1961-ci il təvəllüdlü Marina Vasilyevna Kalotkonun yanmış meyiti aşkar edilib. Hər iki evin qalan hissələri yanğından mühafizə olunub.