Radiasiyalı su okeana axıdılacaq

Radiasiyalı su okeana axıdılacaq

6 Aprel 2011 12:08
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiyadakı Fukuşima nüvə stansiyasında yığılıb qalan radioaktiv su okeana buraxılacaq.

Stansiyanın administratoru Tokio Elektrik enerjisi (TEPCO) şirkətinin spikeri, "reaktorlardakı soyutma pərlərinin təmir edilməsi və bəzi problemlərin də aradan qalxması üçün anbarlarda yığılan təxminən 10 min ton su Sakkit okeana buraxılacaq", - deyə ifadə etdi. Şərhçi bu sudakı radiasiyanın aşağı səviyyədə olduğunu və sağlamlığa zərərli olmadığını da vurğuladı. Stansiyada çatları betonla bağlamağı bacara fəhlələr sızıntının qarşısını almaq üçün hovuzdakı boruları polimerle bağlamağa çalışırlar.

Hökumət məmuru Yukio Edano isə stansiyadakı radiasiya səviyyəsi daha da yüksələrsə, radiasiyalı suyun okeanın qanuni sərhədlərdən də o yana buraxmaqdan başqa çarələri qalmayacağını bildirib.

O.M.