33 yaşlı qadın itkin düşüb

33 yaşlı qadın itkin düşüb

5 Fevral 2014 17:49
744
Bəyəndim (0) Bəyənmədim (0)

Quba rayonunda 33 yaşlı qadın itkin düşüb. Quba rayon Polis Şöbəsindən apa-nın şimal bürosuna verilən məlumata görə, rayonun Amsar kənd sakini, 1981-ci il təvəllüdlü Sülhanə Abbasova yanvar ayının 30-u xəstə olan əmisinə baş çəkmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Sülhanə Abasovanın evdən çıxarkən şəxsiyyəti təsdiq edən sənədi də özü ilə götürdüyü bildirilib. Quba Rayon Polis Şöbəsinin əməkdaşları D.Orucəliyevin tapılması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir.