69 yaşlı qadını öldürüb hadisə yerindən qaçdı

69 yaşlı qadını öldürüb hadisə yerindən qaçdı

5 Fevral 2014 17:08
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Astara rayonunda piyadanı vuran sürücü hadisə yerindən qaçıb. Apa -nın cənub bürosunun məlumatına görə, yol-nəqliyyat qəzası bu gün saat 15.00 radələrində Ələt-Astara magistralının rayonun Maşxan kəndindən keçən hissəsində qeydə alınıb. Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan "CİP" markalı minik avtomobili yolu keçmək istəyən piyada, Astaranın Maşxan kənd sakini, 69 yaşlı Ağaxanım Bayraməli qızı Əliyevanı vurub, daha sonra isə yolda hərəkətdə olan "KamAZ" markalı yük maşınına çırpılıb. A. Əliyeva aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. "CİP"in sürücüsü isə avtomobili hadisə yerində qoyaraq oradan qaçıb.

Hazırda polis yol-nəqliyyat qəzasını törətmiş şəxsin tapılması istiqamətində iş aparır