Biləsuvarda 5 otaqlı ev yandı

Biləsuvarda 5 otaqlı ev yandı

5 Fevral 2014 14:11
Bəyəndim (0) Bəyənmədim (0)

Biləsuvar rayonunda fərdi yaşayış evində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, hadisə fevralın 5-də saat 10.00 radələrində Biləsuvar şəhər sakini, 1971-ci il təvəllüdlü Şölə Əmənulla qızı Həsənovaya məxsus bir mərtəbəli, 5 otaqlı fərdi yaşayış evində qeydə alınıb. Yanğının lokallaşdırılması üçün hadisə yerinə 2 yanğınsöndürən maşın və canlı qüvvə göndərilib. Onların səyləri nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin, onun qonşu tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, 120 kvadratmetrlik evin bir otağı 30 kvadratmetrlik sahədə içindəki məişət əşyaları ilə birlikdə, həmçinin dam örtüyü 10 kvadratmetr sahədə yanaraq yararsız vəziyyətə düşüb.

İlkin versiya kimi yanğına elektrik naqillərində yaranan qısaqapanmanın səbəb olduğu bildirilir. Hadisənin dəqiq səbəbləri isə ekspertizanın rəyindən sonra bəlli olacaq.

Faktla bağlı araşdırma aparılır.