Xaçmazda piyadanı maşın vurub

Xaçmazda piyadanı maşın vurub

26 May 2011 12:29
Bəyəndim (0) Bəyənmədim (0)

Xaçmaz rayonunda bədbəxt hadisə baş vermişdir. Belə ki, mayın 26-a keçən gecə Xaçmaz rayonunun Köhnə Xudat kəndi ərazisində kənd sakini Ruslan Abdullayev "Moskviç-412" markalı avtomaşını idarə edərkən həmkəndlisi Həmid Həmidovu vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş H.Həmidov orada ölmüşdür.

Ehtiyatsızlıq bir nəfərin ölümünə, bir neçə nəfərin gözyaşına səbəb oldu. Halbuki ehtiyatlı olmaq elə də çətin deyil...

Tofiq Əliyev

O.M.