Azərbaycanlı fahişələr artıq Dubaya getmək istəmirlər

Azərbaycanlı fahişələr artıq Dubaya getmək istəmirlər

5 Fevral 2014 12:00
Bəyəndim (0) Bəyənmədim (0)
Səbəb?

Fahişəliklə məşğul olan 5 azərbaycanlı qadın Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Dubayda həbsxanada saxlanılır.Bunu Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova deyib.M.Əzizova bildirib ki, ona bu barədə məlumatı Amerikada insan alveri tədqiqatı ilə məşğul olan bir tədqiqatçı verib: "Həmin tədqiqatçı xanım Dubayda həbsxanada insan alveri ilə bağlı apardığı tədqiqat zamanı 5 azərbaycanlı qadınla rastlaşıb. Onlar həmin tədqiqatçıya azərbaycanlı olduqlarını, Dubayda fahişəliklə məşğul olarkən saxlanıldıqlarını söyləyiblər".M.Əzizova artıq Dubayın azərbaycanlı fahişələr üçün təhlükə mənbəyinə çevrildiyini söyləyib. Onun sözlərinə görə, Dubayda yüngül həyat tərzi keçirənlər həbs edildiyinə görə artıq azərbaycanlı fahişələr bu ölkəyə getmək istəmirlər./movqe/