TQDK imtahan vaxtlarını açıqladı

TQDK imtahan vaxtlarını açıqladı

5 Fevral 2014 11:32
Bəyəndim (0) Bəyənmədim (0)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2014-cü ildə keçiriləcək imtahanlarının və tədbirlərin ilkin plan-qrafikini açıqlayıb. TQDK-dan verilən məlumata görə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə və rezidenturaya ərizə qəbulu - 11-20 fevral tarixində olacaq.

Magistraturaya qəbul imtahanı 1-ci mərhələ - 2 mart
2-ci mərhələ - 25 may
Magistraturaya proqram seçimi - 1-5 may
Magistraturaya ixtisaslaşma seçimi - 29 may – 1 iyun

Rezidenturaya qəbul imtahanı 1-ci mərhələ - 30 mart
2-ci mərhələ - 27 iyul
Rezidenturaya ixtisaslaşma seçimi - 29-31 iyul

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları - 6, 13(təkrar), 20, 27 aprel, 25 may (təkrar), 1 iyun

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu - 1 aprel - 30 aprel

Ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin qabiliyyət tələb edən ixtisasları üzrə seçmə tur - 15 aprel – 30 aprel

Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanının birincisində iştirak etmək istəyənlər üçün ərizə təsdiqinin son günü - 25 aprel

Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı:
1-ci - 4 may
2-ci - 3 iyul

Əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanı
- II və III qruplar üzrə - 11 may
- I və IV qruplar üzrə - 18 may

Buraxılış imtahanları: Peşə liseyləri - Mart ayı

Buraxılış imtahanları: ümumtəhsil müəssisələri - iyun ayı
1-ci istiqamət
2-ci istiqamət
3-cü istiqamət
4-cü istiqamət
Eksternat

Cari ilin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanı -İyul ayı
- I və IV qruplar üzrə
- II və III qruplar üzrə

Qabiliyyət imtahanı (I və IV qruplar) Qabiliyyət imtahanı (III qrup) - İyul ayı

Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) ərizə qəbulu - 12 may-12 iyun

Orta ixtisas təhsili müəssisələrinin (ümumi orta təhsil bazasında) qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat - 19-29 may

Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qəbul imtahanı- əvvəlki il məzunları - 29 iyun

Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qabiliyyət tələb edən ixtisaslarına seçmə tur - 2-5 iyul

Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) ixtisas seçimi - 2-10 iyul

Monitorinq imtahanları
mart ayı - 5-ci və 6-cı siniflər
aprel- may ayları - 11-ci sinif