Baş prokurorun görüşünə getmək istəyənlər, xəbərimizi oxusunlar!

Baş prokurorun görüşünə getmək istəyənlər, xəbərimizi oxusunlar!

5 Fevral 2014 10:08
458
Bəyəndim (0) Bəyənmədim (0)

Baş prokuror Zakir Qaralov fevralın 14-də İsmayıllı Rayon Prokurorluğunun inzibati binasında İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Kürdəmir və Göyçay rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, saat 11:00-da başlayacaq qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və İsmayıllı rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə Baxılması İdarəsinin 437-28-79 nömrəli telefonu və [email protected], elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.