Xəzər sahilində müdhiş xəzinə

Xəzər sahilində müdhiş xəzinə

26 May 2011 12:11
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyanın təbii qaz zəngini Türkmənistanda "Türkmənistan Qaz Konqresi" hələ də davam edir. Konqresdə çıxış edən ingilis "Qafney Klin" şirkətinin Orta Asiya direktoru Peter Holdinq "Cənubi Yolöten-Osman" təbii qaz yatağının dünyanın ikinci ən böyük yatağı ola biləcəyini vurğuladı. Xəzər dənizində araşdırmalarını davam etdirən şirkət sözçüsü bu bölgənin Qətərdən sonra dünyanın ikinci təbii qaz yatağı olduğunu da vurğulamağı unutmadı. Hazırda 70-80 milyard kub metr qaz ixrac edən Türkmənistan bu rəqəmləri 2030-da 250 milyon kub metrə çatdırmağı planlaşdırır.

Məncə, ingilislər türkmənlərə qaz verirlər. Belə getsə, türkmənlər forsundan partlayacaq...

Günel Həbib

O.M.