Türkiyə vətəndaşının öldürdüyü piyadanın kimliyi bilindi

Türkiyə vətəndaşının öldürdüyü piyadanın kimliyi bilindi

4 Fevral 2014 17:26
1 236
Bəyəndim (0) Bəyənmədim (0)

Kürdəmirdə Türkiyə vətəndaşının idarə etdiyi yük maşını ilə vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir Rayon Şöbəsindən apa -nın yerli bürosuna verilən məlumata görə, bu, 62 yaşlı Zərdab şəhər sakini Cəfərov Nizami Yusif oğludur. Xatırladaq ki, hadisə gecə saatlarında Bakı-Qazax yolunun Kürdəmir rayonunun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Türkiyə vətəndaşı Kənan Kazmaçı idarə etdiyi "Mercedes" markalı yük maşını ilə yolu keçən piyadanı vurub və piyada hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.