Bakıda şaxtalı hava şəraiti fevralın 8-dək davam edəcək

Bakıda şaxtalı hava şəraiti fevralın 8-dək davam edəcək

4 Fevral 2014 17:15
733
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Bakı və Abşeron yarımadasında gözlənilən temperatur rejimi ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Apa -ya verilən məlumatına görə, son günlər Bakı və Abşeron yarımadasında müşahidə olunan temperatur rejimi çoxillik normadan 7-8 dərəcə aşağıdır.

Fevralın 8-dək gecə saatlarında Bakı və Abşeron yarımadasında şaxtalı hava şəraiti davam edəcək. Fevralın 5-6-da havanın minimal temperaturu gecə 3-6, bəzi yerlərdə 9 dərəcəyədək şaxta, fevralın 7-8-də 1-5 dərəcə şaxta olacağı gözlənilir.

Fevralın 5-də havanın maksimal temperaturu gündüz 0-3 dərəcə isti, fevralın 6-da 0 dərəcəyə yaxın, fevralın 7-də 1-4 dərəcə isti, fevralın 8-də isə 4-7 dərəcə isti olacağı gözlənilir.