Dünya ölkələrinin hərbi xərclərə görə reytinqi

Dünya ölkələrinin hərbi xərclərə görə reytinqi

4 Fevral 2014 14:38
Bəyəndim (0) Bəyənmədim (0)

Dünya ölkələrinin hərbi xərclərə görə reytinq cədvəli hazırlanıb.

Apa-nın Moskva müxbirinin verdiyi məlumata görə, "IHS Jane’s Annual Defence Budgets Review" tərəfindən tərtib olunan reytinqin ilk üçlüyündə ABŞ, Çin və Rusiya qərarlaşıb.

2013-cü il üçün hərbi xərclərə ayrılan vəsaitə görə dünya ölkələrinin reytinq cədvəlində ilk yeri ABŞ tutur. Birləşmiş Ştatların hərbi büdcəsi 585,4 mlrd. dollar olub. İkinci yerdə 139,2 mlrd. dollarla Çin, üçüncü yerdə 68,8 mlrd. dollarla Rusiya, dördüncü yerdə 58,8 mlrd. dollarla Böyük Britaniya, beşinci yerdə 56,8 mlrd. dollarla Yaponiya, altıncı yerdə 53 mlrd. dollarla Fransa gəlir.

Sonrakı yerləri Hindistan (46,1 mlrd. dollar), Almaniya (44,6 mlrd. dollar), Səudiyyə Ərəbistanı (42,8 mlrd. dollar), Cənubi Koreya (31,5 mlrd. dollar), Braziliya (29,5 mlrd. dollar), Avstraliya (29,5 mlrd. dollar), İtaliya (27,7 mlrd. dollar) Türkiyə (20,6 mlrd. dollar), Kanada (19,6 mlrd. dollar), Tayvan (14,8 mlrd. dollar), İspaniya (13,1 mlrd. dollar), Kolumbiya (13,1 mlrd. dollar), İsrail (12,09 mlrd. dollar) və Əlcəzair (10,7 mlrd. dollar) tutur.

Rusiyanın hərbi büdcəsi 2013-cü il üçün 68,8 mlrd. ABŞ dolları təşkil edib. "IHS Jane’s Aerospace, Defence & Security"nin analitiki Kreyq Kafri Rusiya Dövlət Duması tərəfindən qəbul olunan plana əsasən 2013-cü ilin hərbi büdcəsinin 69 mlrd. dollar olduğunu, 2016-cı ilə qədər isə hərbi büdcənin 98 mlrd. dollara çatdırılacağını bildirib: "Bu plan Rusiyanı dünya sıralamasında üçüncü pilləyə qaldırıb. 2013-cü il üçün Rusiyanın hərbi büdcəsi ümumi büdcənin 15,7%-ni təşkil edib. 2016-cı ilə qədər bu göstərici 20,6% olacaq. 2015-ci ilə qədər Rusiya ilə Çinin ümumilikdə hərbi xərcləri Avropa Birliyinin 28 ölkəsinin xərclərindən çox olacaq".