Sarkozi ilə əlləri cibində söhbət etdi

Sarkozi ilə əlləri cibində söhbət etdi

26 May 2011 11:49
Bəyəndim (0) Bəyənmədim (0)

"Facebook"un qurucusu Mark Zukerberq dünən Nikola Sarkozi ilə görüşdü. O, Amerikanın Nyu-Cersi şəhərində təhsillə bağlı toplantıda, "13 yaşdan kiçik olan uşaqların da "Facebook"da istifadəçi olması üçün əlimdən gələni edəcəyəm",- demişdi. Deməz olaydı... 27 yaşlı Mark dünənki görüşdə sözlərini dandı: "Hələ ki bununla bağlı bir layihəm yoxdur. Sözlərim səhv başa düşüldü. Ancaq bu mövzu yaxın illərdə gündəmə gələ bilər". ABŞ başda olmaqla İngiltərədə də uşaqları qoruma qanunları çərçivəsində bu yaş qruplarının "Facebook"a daxil olması yasaqdır. Lakin hazırda 600 milyon istifadəçisi olan bu sosial səhifənin 11 yaşdan kiçik 5 milyondan artıq istifadəçisi var. Çünki kiçiklər qeydiyyatdan keçərkən yaşlarını xeyli artırır və nəticədə də bu qanundan kənarda qalmağı bacarırlar.

Facebook ingiliscədən hərfi tərcümədə üz kitabı mənasını verir. Məncə, uşaqlar üz kitabını oxumaqdansa dərs kitablarını oxusalar, yaxşıdır...

Günel Həbib

O.M.