Gecədən başlayaraq qar yağacaq...

Gecədən başlayaraq qar yağacaq...

4 Fevral 2014 12:46
Bəyəndim (0) Bəyənmədim (0)
Sabahın havasından xəbəriniz olsun!

Sabah Bakı və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında bəzi ərazilərdə qarın yağması, səhər tədricən kəsiləcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, axşam bəzi yerlərdə zəif duman olacaq.Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-7 şaxta, səhər gündüz 0-3 isti təşkil edəcək. Yollar buz bağlayacaq.

Fevralın 5-də Azərbaycanın rayonlarında da hava şəraiti əsasən gün ərzində yağmursuz keçəcək, lakin bəzi şərq rayonlarında az qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun Mərkəzi Aran rayonlarında gecə 6-11 şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 16-21 dərəcə şaxta, 5-10 dərəcə şaxta olacağı gözlənilir.Yollar buz bağlayacaq.