Özünü yandıran qızın anası: "Əli əvvəlki nişanlısını da zorlayıb"

Özünü yandıran qızın anası: "Əli əvvəlki nişanlısını da zorlayıb"

4 Fevral 2014 12:33
Bəyəndim (0) Bəyənmədim (0)

Yanvarın 30-da Bakıda üzərinə benzin tökərək özünü yandıran qızın anası lent.az-a açıqlama verib. İntihar edən Məlakə Bayramlının anası Sədaqət Bayramlı bildirib ki, onun qızını Əli Həbibi adlı şəxs intihar həddinə çatdırıb: "Qızıma Günay adlı bir qız zəng edərək demişdi ki, bəs Əli mənim nişanlımdır. 17 yaşı olanda o qıza da təcavüz edib. İndi də səni qaçırıb, bədbəxt edib. Qızım da əsəbiləşdi ki, özümü öldürəcəm".
S.Bayramlı bildirib ki, qızına gələn zəngdən və Əli Həbibinin əməllərindən agah olandan sonra prokurorluğa gedib və qızını qaçırmış şəxsdən şikayət edib: "Sonra atası gəldi və Qurana əl basdı ki, yalandı, elə şey olmayıb. Qızıma nişan gətirdilər. Daha sonra isə qızım Bakıda ali məktəbə qəbul oldu və Bakıya köçdük".
Faktla bağlı cinayət işi açılıb. Hadisədə adı hallandırılan Ə.Həbibi həbs edilib.

Qeyd edək ki, Məleykə İntizam qızı Bayramlı yanvarın 30-da Bakının Səbail rayonu ərazisində özünü yandırmışdı. 20 yaşlı qız özünü yandırmamışdan əvvəl zorlandığı üçün bu addımı atdığını demişdi.
Baş Prokurorluğun məlumatına görə, 1990-cı il təvəllüdlü Lənkəran sakini Məlakə Bayramlı Əli Həbibli ilə aralarındakı mübahisəyə görə intihara cəhd edib. Məlakə Bayramlı 2013-cü ilin oktyabrına qədər MTN--nin Mühafizə Taborunda hərbi xidmətdə olmuş Əli Həbibli ilə dəfələrlə görüşərək yaxın ünsiyyətdə olub. Bir müddət sonra həmin şəxsin onu zorlaması barədə Hərbi Prokurorluğa müraciət edib. Amma sonrakı müraciətlərində o, əvvəl dediklərini təkzib edərək Əli Həbibli ilə artıq nişanlandıqlarını bildirib. Şikayətlərindən imtina edib. Prokurorluq bildirir ki, zorlanma hadisəsi təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilib.Baş Prokurorluq qeyd edir ki, adıçəkilən şəxslər nişanlanaraq bir müddət əlaqələrini davam etdiriblər. Sonradan aralarında yenidən münasibətlər pozulduğuna və ailə qurmadıqlarına görə Məlakə Bayramlı özünü yandırmaqla intihara cəhd edib.Fakt üzrə Səbail rayon Prokurorluğunda intihar həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.