Bakıda məcburi köçkünlərin yataqxanası yandı

Bakıda məcburi köçkünlərin yataqxanası yandı

4 Fevral 2014 12:11
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün saat 10:50 radələrində Bakının Binəqədi rayonu ərazisində məcburi köçkünlərin məskunlaşdığı yataqxana yanıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, birinci çağırışla hadisə yerinə 6 yanğınsöndürən maşın cəlb olunub.Hadisə yerinə gedən yanğınsöndürənlər alovu ram edə biliblər. Dövlət Yanğından Mühafizə Xidmətindən verilən əmlumata görə, yanğın demək olar ki, söndürülüb.Hadisə nəticəsində xəsarət alan barədə məlumat verilmir.Hadisə şahidlərinin verdikləri məlumata görə, yanğın elektrik qısaqapanmasından baş verib. Hazırda hadisə yerində yanğınsöndürənlər, xilasedicilər cəlb olunub.