Dünən Bakıda 3 nəfəri don vurub

Dünən Bakıda 3 nəfəri don vurub

4 Fevral 2014 10:39
381
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən sutka ərzində (dünən səhər 09:00-dan bugün saat 09:00-dək) yolların buz bağlaması nəticəsində sürüşmə və əzilmə ilə bağlı Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 14 nəfər müraciət edib. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova apa-ya açıqlamasında bildirib ki, müraciət edənlərdən 10 nəfəri xəstəxanaya yerləşdirilib, onlardan 3-nə ilkin tibbi yardım göstərilib. Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilən 10 nəfərdən 7-si yuxarı və aşağı ətrafların zədələnməsi, 3 nəfəri isə qapalı kəllə-beyin travması alıb. Onlardan 2-si qadın, 1-i isə kişidir: "Ümumilikdə isə ölkə ərazisində havaların qeyri-sabit keçdiyi gündən bu günə kimi 50-dən çox insan yolların buz bağlaması nəticəsində sürüşmə və əzilmə ilə bağlı təcili yardım stansiyasına müraciət edib".

Z.Vahidova qeyd edib ki, küçədə yaşayan kimsəsiz şəxslərin donvurması ilə bağlı 3 nəfər xəstəxanaya yerləşdirilib: "Onların birinə ümumi soyuqlama, digərinə aşağı ətrafların donması diaqnozu qoyulub. 3-cü şəxs isə sərxoş halda olub. Müraciət edilənlərin hər biri xəstəxanaya yerləşdirilib və lazımi köməklik göstərilib".