Paytaxtda iki avtomobil toqquşdu: bir nəfər öldü

Paytaxtda iki avtomobil toqquşdu: bir nəfər öldü

4 Fevral 2014 09:38
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Mediainfo.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xəzər rayonunda vətəndaşa məxsus "Azsamand" markalı minik avtomobili ilə sahibi məlum olmayan "QAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində hər iki avtomobilinin yanar hissələri yanıb. Yanğının kəşfiyyatı zamanı "QAZ" markalı minik avtomobildə şəxsiyyəti məlum olmayan yanmış meyit aşkar edilib. Yanğın saat 03:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.