Moskvada məktəb şagirdlərini girov götürmüş şəxsin kimliyi məlum olub

Moskvada məktəb şagirdlərini girov götürmüş şəxsin kimliyi məlum olub

3 Fevral 2014 14:56
514
Bəyəndim (0) Bəyənmədim (0)

Moskvanın 263 nömrəli orta məktəbində şagirdəri girov götürmüş şəxsin kimliyi məlum olub. "Kommersant"ın verdiyi məlumata görə, bu, həmin məktəbin XI sinif şagirdi Sergey Qordeyevdir.

Rusiya hüquq-mühafizə orqanlarındakı mənbənin "İnterfaks"a verdiyi məlumata görə, insidentə səbəb məktəbdə baş vermiş münaqişə olub. Qeyd edək ki, Rusiya paytaxtında orta məktəbdə baş verən silahlı insidentlə bağlı cinayət işi açılıb. Apa-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin bildirib.

Onun sözlərinə görə, baş vermiş faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin qəsdən iki və ya daha çox şəxsi öldürmə, iki və ya daha çox şəxsi girov götürmə və qanunsuz odlu silah gəzdirmə maddələri ilə cinayət işi açılıb: "İnsidenti törədən şəxs artıq istintaqa təhvil verilib. Hazırda onun ilkin ifadəsi alınır".

Xatırladaq ki, bu gün Moskvanın Otradnı küçəsi, 11 ünvanında yerləşən orta məktəbə silahlı şəxs basqın edib. Nəticədə silah şəxs orta məktəbin müəllimini və hadisə yerinə gələn bir polis əməkdaşını öldürüb. Bir polis əməkdaşı isə yaralanıb.