Masallıda mikroavtobus elektrovozla toqquşdu

Masallıda mikroavtobus elektrovozla toqquşdu

3 Fevral 2014 14:19
Bəyəndim (0) Bəyənmədim (0)

Masallıda mikroavtobusla elektrovoz toqquşub. Mediainfo.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, rayonun Balatəklə kəndinin ərazisində qorunmayan keçiddə rayon sakini Vüqar Əliyev idarə etdiyi "Mercedes" markalı mikroavtobusu elektrovoza vurub. Xəsarət alan V.Əliyevə və sərnişinləri - həmyerliləri Gülmirə Ağayevaya, Rəna Əsgərovaya xəstəxanada ilkin tibbi yardım göstərilib.Faktla bağlı araşdırma aparılır.