Yeni metrostansiya istifadəyə veriləcək

Yeni metrostansiya istifadəyə veriləcək

26 May 2011 11:18
Bəyəndim (0) Bəyənmədim (0)

7-ci mikrorayon ərazisində yeni metrostansiya istifadəyə veriləcək. Stansiya beynəlxalq standartlara uyğun tikilib. Güman ki, 10 gün ərzində istifadəçilərin ixtiyarına veriləcək. Bu stansiya üçün Rusiyadan 10 yeni vaqon da alınıb. "Məşədi Əzizbəyov" stansiyasının daxilində də yenidənqurma işləri aparılır. Stansiyanın çölündə isə bu işlərin gələn il həyata keçirilməsi nəzərdə tutulub. Daha bir yenilik yaxın gələcəkdə paytaxt metropolitenində dördzolaqlı eskalatorların yaradılacağı ilə bağlıdır. Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov "Dərnəgül" stansiyasındakı vəziyyətlə bağlı bir az da konkret danışıb. O, stansiyanın iyunun 15-də istifadəyə veriləcəyini söyləyib. Dördzolaqlı eskalatorlara gəlincə, E.Muradov ilk olaraq belə eskalatorun "28 May" stansiyasında qurulacağını söyləyib.

Bütün yollar bir "dayanacağa" aparır. Təki həmin "stansiya" gec tikilsin...

Könül Aypara

O.M.