Amerikanın ən zəngin qadını öldü

Amerikanın ən zəngin qadını öldü

26 May 2011 11:10
Bəyəndim (0) Bəyənmədim (0)
Onun sərvəti ortalıqda qalıb

Amerikanın ən zəngin qadınları arasında göstərilən, ancaq 1930-dan bu yana fotosu belə çəkilməyən Huquet Klark 104 yaşında öldü. Heç bir qohum-əqrəbası olmayan qadının 500 milyon dollarlıq sərvətinin və evindəki bahalı əşyalarının kimə qalacağı maraq mövzusudur.

Huguetin həyatı bir romanı xatırladır. 19-cu əsrdə mədənçiliklə zəngin olan senator Uilyam Androus Klarkın qızı olan qəhrəmanımız uşaqlığından bəri 121 otağı, 38 vanna otağı olan evdə böyüyüb. Cəmi bircə dəfə ailə həyatı qurub, ancaq boşandıqdan sonra qaranlığa çəkilib. Anası ölənə qədər onunla yaşayıb. Sonradan bacı-qardaşları da vəfat ediblər. O vaxtdan bu yana onu mühasibi İrvinq Kamslerdən və vəkili Ballas Bokdan başqa heç kimi görməyib. O, 22 il boyunca xəstə olmadığı halda xəstəxanada yatıb. Yerli polis orqanları qadının psixoloji vəziyyətinin kafi olmadığından yararlanan bəzi işçilərin bank hesablarını doldurduqlarını əsas gətirərək, məhkəməyə baş vurublar.

Allah adamın birinci ağlını, sonra malını, ən sonda isə canını alır...

Günel Həbib

O.M.