Anbarda suyun səviyyəsi qalxıb: ata ilə oğul xilas ediliblər

Anbarda suyun səviyyəsi qalxıb: ata ilə oğul xilas ediliblər

3 Fevral 2014 11:43
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecə Şəmkirdə Yenikənd Su Anbarında köməksiz qalan ata və oğul Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən xilas edilib.FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətindən verilən məlumata görə, Yenikənd Su Anbarında su azalan vaxtı Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Azər Abdullayev və onun oğlu 1995-ci il təvəllüdlü Eşqin Abdullayev anbarın kənarı ilə hərəkət edərək meşədə saxladıqları arılara baxmağa gediblər.Qayıdarkən anbarda suyun səviyyəsi qalxıb və onlar kömək üçün FHN-in "112 qaynar xətti"nə zəng vurublar. Onlar saat 23 radələrində FHN-in xilasediciləri tərəfindən xilas ediliblər.

Qeyd edək ki, Yenikənd Su anbarı elektrik enerjisi istehsal etmək məqsədilə 2000-ci ildə istismara verilib. Anbarın ümumi həcmi 158 milyon kubmetrdir.