Qusarda 13 yaşlı oğlan özünü asıb

Qusarda 13 yaşlı oğlan özünü asıb

3 Fevral 2014 11:10
Bəyəndim (0) Bəyənmədim (0)
Onun meyiti tövlədə tapılıb

Azərbaycanda yeniyetmə intihar edib.

Qusar Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Yasab kəndində qeydə alınıb. Kənd sakini, 2001-ci il təvəllüdlü Rəşad Cəlilov yaşadığı evin həyətindəki tövlədə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.Faktla bağlı Qusar rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.