Bu gecə ermənilər tam 38 dəfə atəşkəsi pozublar

Bu gecə ermənilər tam 38 dəfə atəşkəsi pozublar

3 Fevral 2014 11:04
Bəyəndim (0) Bəyənmədim (0)

Erməni silahlı bölmələri mövqelərimizi atəşə tutublar.

Müdafiə Nazirliyindən Mediainfo.az-a verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 38 dəfə pozulub.Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şıxlar, Tərtər rayonunun Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.