"Azəryolservis": "Sürücülərə alternativ yol kimi Bakı-Qazax yolundan istifadə etmələrini tövsiyə edirik"

"Azəryolservis": "Sürücülərə alternativ yol kimi Bakı-Qazax yolundan istifadə etmələrini tövsiyə edirik"

1 Fevral 2014 11:05
470
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraitinə baxmayaraq, hazırda Bakıda və respublikanın magistral yollarında nəqliyyatın hərəkətində problem yoxdur.

Bunu Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.Onun sözlərinə görə, Bakı-Quba, Bakı-Şamaxı, Cəlilabad-Yardımlı, Gədəbəy-Şəmkir, bir sözlə, bütün istiqamətlərdə "Azəryolservis"in texnikası səfərbər olunub. Lakin o, yalnız Ağsu aşırımdan sürücülərin istifadə etməməsini tövsiyə edib.P.Mürsəliyev deyib ki, həmin ərazi təhlükəli yol hesab olunur və təmir olunmalıdır: "Buna görə də sürücülərə alternativ yol kimi Bakı-Qazax yolundan istifadə etmələrini tövsiyə edirik".

Qeyd edək ki, "Azəryolservis" respublika üzrə 1 100 maşın və texnikaya malikdir. Bundan başqa, 20 min kubmetrə yaxın qum ehtiyatı, 1 500 ton duz ehtiyatı var. P.Mürsəliyev bildirib ki, havaların yenidən kəskinləşəcəyi və ehtiyac yaranacağı halda, duz və qum ehtiyatı artırıla bilər.