Qubada 3 yaşlı uşaq qaynar qazana düşdü

Qubada 3 yaşlı uşaq qaynar qazana düşdü

1 Fevral 2014 12:03
Bəyəndim (0) Bəyənmədim (0)

Quba rayonunun Təngəaltı kəndində ehtiyatsızlıq bədbəxt hadisə ilə nəticələnib.

2011-ci il təvəllüdlü kənd sakini Həzrətov Əfsus Əfqan oğlu qaynar su qazanına düşərək yanıb.O, Quba Mərkəzi Rayon Xəstəxanasına gətirilib və reanimasiya şöbəsinə yerləşdirilib.Azyaşlıya kürək və bel nahiyəsinin, sağ budun arxa səthinin 2-ci və 3-cü dərəcəli termiki yanığı diaqnozu qoyulub.Hazırda onun vəziyyətinin stabil olduğu bildirilir.Faktla bağlı araşdırma aparılır.