Ağsu aşırımından başqa bütün yollar açılıb

Ağsu aşırımından başqa bütün yollar açılıb

1 Fevral 2014 10:38
Bəyəndim (0) Bəyənmədim (0)

Ağsu aşırımından başqa respublikanın bütün avtomobil yollarında nəqliyyatın hərəkəti bərpa edilib.

Bu barədə açıqlamasında Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.O, qeyd edib ki, magistral yollar qardan və buzdan təmizlənir, hazırda bütün istiqamətlərdə nəqliyyatın hərəkəti bərpa edilib: "Yalnız Ağsu aşırımında təhlükəli vəziyyət qaldığı orda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub".K. Əliyev həmçinin bildirib ki, ötən gün respublikanın avtomobil yollarında 13 yol nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 2 nəfər ölüb, 16 nəfər xəsarət alıb.Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən də bildirilib ki, paytaxt yollarının böyük əksəriyyəti qardan və buzdan təmizlənib.