Polisin avtomobili qəza törədərək, yandı

Polisin avtomobili qəza törədərək, yandı

1 Fevral 2014 10:22
574
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün saat 09:40 radələrində Bakıda minik maşını qəzaya uğrayaraq alovlanıb. Hadisə şahidlərinin verdikləri məlumata görə, aeroport-Zığ yolunda "Mercedes-C-klass" markalı avtomobil buzlu yolda sürüşərək, yolun qırağındakı maneəyə çırpılıb. Qəza nəticəsində avtomobil alovlanıb. Hadisə şahidləri bildirirlər ki, avtomobilin sürücüsü polis nəfəridir.
Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, birinci çağırışla hadisə yerinə 3 yanğınsöndürən cəlb olunub.Hazırda yanğınsöndürən avtomobillər hadisə yerinə çatmaq üzrədir.