25 yaşlı qadına hücum edən narkoman tutuldu

25 yaşlı qadına hücum edən narkoman tutuldu

1 Fevral 2014 10:16
Bəyəndim (0) Bəyənmədim (0)

Bir neçə gün əvvəl soyğunçuluq etmiş Gəncə şəhər sakini saxlanılıb.

Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Şəmkir rayon Könüllü kənd sakini, 25 yaşlı Sevinc Məmmədovaya qarşı küçədə zor tətbiq edərək, boyunbağısını alan 1989-cu il təvəllüdlü Cavid Mayılov tutulub. Onun üzərinə baxış zamanı 1,718 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxs polis əməkdaşlarına borcu olduğu üçün soyğunçuluq etdiyini bildirib.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi açılıb, istintaq gedir.