Hansı abituriyentlər qəbul imtahanlarına buraxılmayacaq?

Hansı abituriyentlər qəbul imtahanlarına buraxılmayacaq?

26 May 2011 01:57
Bəyəndim (0) Bəyənmədim (0)
TQDK xəbərdarlıq edib!

2011/2012-ci tədris ili üçün ali təhsil müəssiələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu davam edir. 25 may 2011-ci il saat 15:00-a olan məlumata əsasən, 99 min 762 abituriyent internetlə "Elektron ərizə" doldurub, lakin onlardan 92 min 391 nəfəri ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirib. TQDK "Elektron ərizə"sini müvafiq SQK-da təsdiq etdirməmiş abituriyentlərin nəzərinə çatdırır ki, onlar 31 may 2011-ci il saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə ərizələrini mütləq təsdiq etdirməlidirlər. Əks halda, həmin abituriyentlər qəbul imtahanlarında iştirak edə bilməyəcəklər.

Könül Aypara