Filippində qasırğalar gözlənilir

Filippində qasırğalar gözlənilir

26 May 2011 01:03
Bəyəndim (0) Bəyənmədim (0)

Filippində yaxınlaşmaqda olan Sonqda qasırğası səbəbindən fövqəladə vəziyyət elan edilib. Yerli meteorologiya bürosunun məlumatına görə, təbii fəlakət Flippinin bəzi əyalətlərini 2011-ci il mayın 27-də bürüyəcək. Assoşieyted Press agentliyinin yaydığı xəbərə görə, qasırğa şimal istiqamətində saatda 160 kilometr sürətlə irəliləyir. Ölkənin hakimiyyət orqanları 250 minədək vətəndaşın köçürüləcəyini elan etmişdir. Sinoptiklərin məlumatına görə, təbii fəlakətlə üzləşəcək ilk bölgələr Avrora və İzabella əyalətləridir. Burada daşqınlar və sürüşmələr gözlənilir.

Könül Aypara