Daimi Nümayəndələr Şurasının iclası keçiriləcək

Daimi Nümayəndələr Şurasının iclası keçiriləcək

26 May 2011 00:47
Bəyəndim (0) Bəyənmədim (0)

2011-ci il mayın 27-də Minskdə MDB İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan dövlətlərin Birliyin nizamnamə və digər orqanları yanında Səlahiyyətli Daimi Nümayəndələr Şurasının iclası keçiriləcəkdir. MDB İcraiyyə Komitəsinin sədri – icraçı-katib Sergey Lebedev iclasda iştirak edəcəkdir. Daimi Nümayəndələr Şurasının üzvləri MDB Hökumət Başçıları Şurasının 2011-ci il mayın 19-da keçirilmiş iclasının yekunlarını müzakirə etməyi və həmin iclasda qəbul edilmiş qərarların həyata keçirilməsi üçün Şuranın və MDB İcraiyyə Komitəsinin vəzifələrini müəyyən etməyi planlaşdırırlar.
Hazırda MDB İcraiyyə Komitəsində MDB Hökumət Başçıları Şurasının 2011-ci il mayın 19-da keçirilmiş iclasının qərarlarında nəzərdə tutulan tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar tədbirlərin işçi planı hazırlanır. Hökumət Başçıları Şurasının növbəti iclasını 2011-ci ilin oktyabr ayında Sankt-Peterburqda keçirmək qərara alınmışdır.
Daimi Nümayəndələr Şurasının üzvləri MDB İcraiyyə Komitəsində kvotalı vəzifələrin Birliyin iştirakçısı olan dövlətlər arasında bölüşdürülməsi məsələsini müzakirə edəcəklər. Kvotaların bölüşdürülməsi, İcraiyyə Komitəsinin sədri – MDB icraçı katibinin müavinlərinin və Birliyin İcraiyyə Komitəsində digər kvotalı vəzifələrə təyinat və rotasiya qaydasına uyğun olaraq kvotalı vəzifələrin MDB üzvü olan dövlətlərə təhkim edilməsi növbəti üçillik dövrdən əvvəlki ildə Xarici İşlər Nazirləri Şurasının qərarı ilə həyata keçirilir. Kvotalı vəzifələrin tutulması müddəti növbəti üçillik dövrün başlandığı il yanvarın 1-dən hesablanır. Bu dəfə həmin dövr 2012-ci ildə başlanacaqdır.

Könül Aypara