Müxalifət qəzetinin hesabına və əmlakına həbs qoyuldu

Müxalifət qəzetinin hesabına və əmlakına həbs qoyuldu

6 Aprel 2011 11:45
Bəyəndim (0) Bəyənmədim (0)


Ermənistanda eks prezident Robert Köçəriyanın iddası əsasında yerli Nork Maraş məhkəməsi ölkədə ən qatı müxalifət qəzetlərindən sayılan "Qraparak" qəzetini bağladı. Buna səbəb Koçaryanın bu qəzetdən təkzib tələbinə rədd cavabı alması olub. İlk məhkəmə cari ilin 10 may tarixinə təyin olunub. Koçaryanın iddia ərizəsinə əsasən, hələlik qəzetin hesabına və mülkiyyətinə həbs qoyulub.

Xatırladaq ki, "Qraparaq" dəfələrlə dövlət məmurları barədə tənqidi məqalələr yazıb. Bu zaman onların şərəf və ləyaqətini təhqir etməkdən belə çəkinməyib.

O.M.