Batareya dərdinə dərman tapıldı

Batareya dərdinə dərman tapıldı

25 May 2011 20:58
Bəyəndim (0) Bəyənmədim (0)

Noutbuklarda və cib telefonlarında istifadəçinin narazılığına səbəb olan batareya ömrünün uzadılmasına çarə tapıldı.

Noutbukların və mobil telefonların mənfi tərəflərindən bir də batareyalarıdır. Daha kompüter, mobil telefon köhnəlmədən batareyanın əvvəlki kimi işləməməsi bəzi hallarda əsəbləri gərə bilir. Ancaq Leyden Enerji adlı bir batareya istehsalçısı bu problemə həll gətirdi. Bazara yeni çıxacaq olan batareyaların ən az üç ilə qədər ömrü qısalmır və ən üst dolma səviyyəsi üç il ərzində heç azalmır. Leyden Enerji ayrıca litium-ion batareyaları üçün istehlakçıya üç illik zəmanət də verir.

Odur ki, bir az da gözləyin. Çox keçməz ki, Leyden sevindirər bizi.

Günel Həbib