Heç uşağı olmayacaq?

Heç uşağı olmayacaq?

25 May 2011 19:52
Bəyəndim (0) Bəyənmədim (0)
Mətbuatda çlxan xəbərlər ortalığı qarışdırdı

Keyt-Uilyam cütlüyünə aid ilk dedi-qodu gündəmdədir! İngilis mətbuatı kraliyyət gəlininin sonsuz olduğunu iddia edir.

Amerikanın "Touch Weekly" jurnalından İngiltərəyə bəd xəbər gəldi. Hələlik dedi-qodu mahiyyətini daşıyan bu xəbərin əsas qaynağı isə Midletonun qayınanası, şahzadə Çarlzın həyat yoldaşı Kamilla Parker Broullesdir. Xəbərə görə, sonuncu yaxınlarına Keytin sonsuz olduğunu, heç vaxt uşaq sahibi olmayacağını bildirib: "Keytin səhhətində cavanlığında bəzi problemlər yaşanıb. Bu da nəsil artımına pis təsir göstərə bilər".

Uilyam valideynləri ailə həyatı qurduqdan qısa müddət sonra dünyaya gəldiyi üçün hazırda kraliyyət ailəsi yeni evlilərdən də nəvə gözləyir. Bəziləri Keytin önümüzdəki 9 ay içində hamilə qalmadığı təqdirdə bunun ingilis adət-ənənələrinə meydan oxumaq kimi yozulacağını bildirirlər. "Touch Weekly" jurnalı bu durumun kraliyyət həkimi tərəfindən də təsdiq olunduğunu irəli sürür. Bütün bunlar doğru olarsa, o zaman kraliyyətin yeni gəlinlərinin toydan sonra dərhal hamilə qalması ənənəsi axsayacaq. Əgər Keyt-Uilyam övladlığa uşaq götürsələr, o zaman qan bağı olmadığı üçün uşağın taxt-taca namizəd olma ehtimalı da 0-a bərabərdir.


Günel Həbib