Sərxoş rus generalına 3 il həbs verildi

Sərxoş rus generalına 3 il həbs verildi

25 May 2011 19:30
Bəyəndim (0) Bəyənmədim (0)

Moskvanın Preobrajenski məhkəməsi Rusiya DİN İctimai Asayiş Departamentinin rəis müavini general-mayor Yevgeniy Novikovu 3 il şərti cəzaya məhkum etdi. Səbəb ictimai yerdə odlu silahdan istifadəyə cəhddir.

54 yaşlı generalla bağlı qalmaqal 2010-cu ilin 5 fevral tarixində yaşanıb. Belə ki, o, şəxsi "Volkswagen" avtomobilini sərxoş vəziyyətdə idarə edərkən yolu azıb. İrtış keçidində müəssisələrin birinin qarovulçularından ünvanı soruşmaq istəyib. Bu zaman Novikov gözlənilmədən tapançasını çıxarıb. Qarovulçular onu tərksilah etsələr də, general hadisə yerindən uzaqlaşa bilib. Daha sonra fakt barəsində yerli milis orqanlarına məlumat verilib. Hüquq-mühafizə orqanının səlahiyyətlisi elə həmin gün yaxalansa da, sonradan buraxılıb.

Bizdə belə bir hadisə baş versəydi, yəqin ki, qarovulçuları həbsə alardılar...

Hafiz Əhmədov

O.M.