Avtomobillər geri çağırılır

Avtomobillər geri çağırılır

6 Aprel 2011 11:26
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyanın məşhur avtomobil markası "Mercedes-Benz", termostatında ortaya çıxan problemə görə Amerikada 136 min 800, Almaniyadan isə 50 min avtomobilini geri çağırır. 1999 - 2002-ci illər arası istehsal "M" seriyasındakı avtomobillərə görə sürücüləri şikayətləri gün-gündən artmağa başladı. Elə bu səbəbdən də aidiyyatı kəslərin belə bir qərarı reallaşdırmaqdan başqa çarəsi qalmadı.

Mövzu ilə əlaqədar isə çıxış edən "Mercedes" rəsmiləri, "Səhvə görə avtomobilin motorunda bəzi problemlər ortaya çıxır. Bu qərar yalnız tədbirli olmağımız üçün alınıb", - deyə açıqlayıb.