Misirin daha 17 piramidası gün işığına çıxdı

Misirin daha 17 piramidası gün işığına çıxdı

25 May 2011 13:44
Bəyəndim (0) Bəyənmədim (0)

Misirdə xüsusi sputniklər sayəsində bu günə kimi bilinməyən 17 piramidanın izi tapılıb. Amerikalı mütəxəssis Sara Parcakın rəhbərliyi altında aparılan araşdırma mindən artıq qədimi məzarı da gözlər önünə sərib. Sara, "Piramidaların axtarışına qatılmaq hər bir arxeoloqun arzusudur. Bir ildən artıqdır ki, çox ciddi templə hərəkət edirik. Yavaş-yavaş bütün sirlərin ortaya çıxdığının fərqinə varıram. Ancaq geriyə dönüb baxdığımızda, Misirlə bağlı bir çox yeniliklərə imza atdığımızı görürük" , - deyə açıqlama verib. Xatırladaq ki, sputniklər Yerdən 700 kilometr uzaqlıqda fəaliyyət göstərirlər. Bu sputniklərdəki kameralar millimetrlik cisimləri belə təsbit edə bilirlər.

Bəzi adamlarda yaxıngörmə problemi olduğu kimi ABŞ da tarixə uzaqdan "eynək"lə baxır. Və bu eynəklər hər şeyi çılpaq göstərir.

Günel Həbib

O.M.