Bakı-Novosibirsk aviareysi açılıb

Bakı-Novosibirsk aviareysi açılıb

25 May 2011 12:08
Bəyəndim (0) Bəyənmədim (0)

"Turan Air" aviaşirkəti mayın 25-dən etibarən Bakı-Novosibirsk marşrutu üzrə birbaşa sərnişin aviareysləri həyata keçirməyə başlayıb. Uçuşlar hər həftənin III günləri yerinə yetiriləcək. Təyyarə yerli vaxtla Bakıdan 11:50-də, Novosibirskdən isə həmin gün saat 16:00-da havaya qalxacaq. Hər iki istiqamətdə bir aviabiletin qiyməti isə təxminən 220 manat təşkil edir. Qeyd edək ki, hazırda "Turan Air" şirkəti Bakıdan Yekaterinburqa, Gəncədən isə Moskva və İstanbul şəhərlərinə uçuşlar yerinə yetirir.

Uçmaq gözəl şeydir, baxır hansı "yolla"..

Tofiq Əliyev

O.M.