Qəddafi Qərblə separat danışıqlara başlayıb

Qəddafi Qərblə separat danışıqlara başlayıb

25 May 2011 11:54
Bəyəndim (0) Bəyənmədim (0)

Wealiks-in yaydığı məlumata görə, Müəmmar Qəddafi əl altından Qərbin neft şirkətləri ilə əlaqəyə girib. Prezident bu yolla Qərbin təzyiqindən yaxa qurtarmaq istəyir. Separat danışıqları ölkənin karbohidrogen ehtiyatları üzrə prezident nümayəndəsi Şükrü Qanem aparır. Məxfi məlumatda o da bildirilir ki, Qəddafi şərt kimi hərbi əməliyyatların dayandırılmasını və özünün prezident kürsüsündə qalmasını irəli sürüb. Hələlik qərb şirkətləri ümumi məxrəcə gələ bilmirlər. Hollandiya krallığının Shell Plc ( RDSa.L ), Avstriyanın OMV ( OMVV.VI ) şirkətləri razılığa gəlsələr də, Fransanın TOTF.PA , və Norveçin Statoil STL.OL şirkətləri tərəddüd edirlər. Digər tərəfdən, neft şirkətlərinin dövlətlərin siyasi kursuna təsir göstərə biləcəkləri də dəqiq deyil.

Ağacın kökünə qurd düşdüsə, onu kəsmək lazımdır...

Hafiz Əhmədov

O.M.