Ziyanvericilərə qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilir

Ziyanvericilərə qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilir

25 May 2011 11:10
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərindən ibarət qrup Masallı Meşə mühafizəsi və bərpası müəssisəsinin xidməti ərazisində palıd ağaclarından aşkarlanmış ziyanverici həşəratlara qarşı zəruri tədbirlərin görülməsini təmin etmək məqsədilə əraziyə baxış keçirib. Baxış zamanı ziyanverici həşəratların Amerikadan Avropaya, oradan da Rusiya ərazisinə keçən və ildə bir dəfə nəsil verən karantin ziyanvericisi olan "dəyişik ipəksarıyan" olduğu müəyyənləşdirilib. Qeyd olunub ki, sözügedən ziyanvericinin tırtılları, əsasən aprel ayının 20-dən sonra yumurtadan çıxaraq meşə sahəsinə yayılmağa başlayır. Belə ki, həşəratlar ağacların gövdəsinə daraşaraq cavan yarpaqları yeməklə onları çılpaqlaşdırır və meşələrə sürətlə yayılırlar.

Nazirliyin mütəxəssisləri zəruri tədbirlər həyata keçirərək, xaricdən gətirilmiş preparatlardan və çiləyici aparatlardan istifadə etməklə qısa müddət ərzində ziyanvericilərin yayıldığı ərazidə kimyəvi mübarizə tədbirləri həyata keçiriblər. Ərazi hal-hazırda nəzarət altındadır.

İnanmaq istərdik ki, bəzi "ziyanverici" məmurlar bu əməliyyatdan mənfəət güdməyiblər...

Tofiq Əliyev

O.M.