ABŞ konsulluğunun yaxınlığında partlayış baş verdi

ABŞ konsulluğunun yaxınlığında partlayış baş verdi

25 May 2011 09:36
Bəyəndim (0) Bəyənmədim (0)

Reuters agentliyinin bu gün səhər saatlarında yaydığı məlumata görə, Pakistanın Pişəvər şəhərində yerli milis bölməsinin cinayət axtarış şöbəsinin ərazisində partlayış baş verib. Avtomobilin partlaması nəticəsində 2 milis əməkdaşı ölüb, 20 nəfər müxtəlif ölçülərdə bədən xəsarəti alıb. Hadisə ABŞ konsulluğundan təxminən 1 km aralıda baş verib. Ötən həftə də konsulluq işçiləri həmin ərazidən keçərkən yaxınlıqda avtomobil partladılmışdı ki, nəticədə 1 nəfər ölmüş, 2 amerikalı və onlarla yerli sakin yaralanmışdı.

Polis inspektorları Bahadur və Ecaz Xan bildirirlər: "Gözlənilmədən partlayıcı maddələrlə dolu maşın şöbənin darvazalarından əraziyə daxil oldu. Bu zaman binada 20 əməkdaş var idi. Partlayış baş verdi. Ətraf tikililərin şüşələri silkələndi. Bəziləri hələ də qışqırır, kömək istəyir. Onların səslərini indi də eşitmək mümkündür. Biz öz imkanlarımız hesabına həmkarlarımıza kömək edirik."

Xatırladaq ki, cəmi iki gün əvvəl Pakistandakı taliblər bu ölkənin Karaçi şəhərindəki hərbi-dəniz bazasına hücum təşkil etmişdilər. Nəticədə 10 əsgər ölmüş, 2 təyyarə sıradan çıxarılmışdı.

Ümumiyyətlə Pişəvər Əl Qaidə və Taliban təşkilatlarının ən güclü dayaq nöqtələrindən sayılır.

Pakistan "müsəlman"ları ölkənin adına ləkə gətirirlər. Onların çirkli işlərinin ucbatından ölkə Çirkistan adı ilə tarixə düşəcək...

Hafiz Əhmədov

O.M.