Yeni tikiləcək metro stansiyalarının adları açıqlanıb

Yeni tikiləcək metro stansiyalarının adları açıqlanıb

24 May 2011 17:49
Bəyəndim (0) Bəyənmədim (0)


Nazirlər Kabineti Bakı Metropoliteninin yeni tikiləcək stansiyalarının adlandırılması barədə qərar qəbul edib. Bu barədə Nazirlər Kabinetinin rəsmi saytında yerləşdirilən qərarda məlumat verilir. Məlumatda bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Bakı şəhəri, Binəqədi rayonu, Moskva prospektində yerləşən Bakı Metropoliteninin yeni tikiləcək stansiyası "Avtovağzal" adlandırılsın.

2. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən Bakı Metropoliteninin yeni tikiləcək stansiyası "Dərnəgül" adlandırılsın.

3. Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Metropoliteni bu qərardan irəli gələn məsələləri həll etsinlər.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Tofiq Əliyev

O.M.