Cari tədris ilində ümumtəhsil məktəblərini 101 min 521 şagird bitirəcək

Cari tədris ilində ümumtəhsil məktəblərini 101 min 521 şagird bitirəcək

24 May 2011 16:17
Bəyəndim (0) Bəyənmədim (0)

2010-2011-ci tədris ilində ölkəmizin ümumtəhsil məktəblərinin buraxılış (XI, XII) siniflərini 101 min 521 şagird bitirəcəkdir. Təhsil Nazirliyindən verilən məlumata görə, bu göstərici ötən il 98 min 800 nəfər təşkil etmişdir. Qiyabi və axşam ümumtəhsil məktəblərinin XII sinfini başa vuran şagirdlərin sayı 2009-2010-cu ildə 473 nəfər idisə, bu il onların sayının 710 nəfər olacağı gözlənilir. Bakı şəhərindəki 342 (o cümlədən 330 dövlət və 12 qeyri-dövlət) əyani ümumtəhsil məktəbinin XI sinfini 25 min 800-ə, IX sinfini isə 35 min 300-ə yaxın şagird bitirəcəkdir. Cari tədris ilində I sinif şagirdlərinin sayı 120 min 420 olmuşdur. Bu göstərici 2009-2010-cu tədris ilində 118 min 947 nəfər təşkil etmişdir. 2011-2012-ci tədris ilində isə ümumtəhsil məktəblərinin I sinfinə 124 min 274 şagirdin qəbul olunacağı nəzərdə tutulmuşdur.

Ümid edirik ki, bu 101 min 521 şagird məktəbi bitirdi, məktəb onları yox...

Tofiq Əliyev

O.M.